Braziliyanın “Santos” klubunun futbolçusu Neymar süni örtüklü meydanlarda keçiriləcək bütün oyunları buraxacaq.
Sfera.az “Jornal A Tribuna” nəşrinə istinadən xəbər verir ki, bu cür meydançada yıxılma oynaqlarda və dizlərdə güclü ağrılara səbəb olur ki, bu da braziliyalı futbolçu üçün zədələnmə riski daşıyır.
Xatırladaq ki, Neymar bu mövsüm bütün turnirlərdə “Santos”un heyətində 20 oyunda iştirak edib, 6 qol vurub və 3 qol ötürməsi verib.