Logo

Messi azarkeşlərinə belə vida etdi - FOTO

Messi azarkeşlərinə belə vida etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentina millisinin kapitanı Lionel Messi yığma komandada sonuncu rəsmi ev oyununa çıxdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Venesuela ilə keçirilən və 3:0 hesabı ilə başa çatan Dünya Kuboku seçmə mərhələsi matçında Messi iki qol vuraraq komandasına qələbə qazandırıb.

Oyundan sonra 38 yaşlı ulduz futbolçu emosional açıqlamalar verib:

"Aydındır ki, bu gün xal uğrunda son dəfə burada oynadım. Özümü yaxşı hiss etdiyim müddətcə meydanda olmaqdan həzz alıram, əks halda oynamaq istəmirəm. Burada xalqımla yaşadıqlarım həyatımın ən unudulmaz anlarıdır" .

Messi həmçinin bildirib ki, 2026-cı il Dünya Kuboku çox güman ki, onun son beynəlxalq turniri olacaq.

Məqaləyə dair fotomateriallar:

Messi azarkeşlərinə belə vida etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR