"Qalatasaray" İlkay Gündoğanla müqavilə imzaladı


"Qalatasaray" İlkay Gündoğanla müqavilə imzaladı
Kateqoriya məlum deyil03.09.25, 04:368 👁️
T

"Mançester Siti" klubunun yarımmüdafiəçisi, əslən türkiyəli İlkay Gündoğan "Qalatasaray"la müqavilə imzalayıb.

 

Sfera.az  xəbər verir ki, bu barədə İstanbul təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb.

 

"Mançester Siti"dən ödənişsiz əsasda transfer olunan futbolçu ilə imzalanan müqaviləni müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

 

2025/2026 və 2026/2027 mövsümlərinin hər biri üçün yarımmüdafiəçiyə 4 milyon 500 min avro ödəniləcək.

 

Qeyd edək ki, İlkay Gündoğan ötən mövsüm "Mançester Siti" forması ilə 50 oyunda meydana çıxıb, üç qol, yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...