ABŞ çempionatında qalmaqal: İş adamı uşağın əlindən imzalı papağı aldı - VİDEO

ABŞ çempionatında qalmaqal: İş adamı uşağın əlindən imzalı papağı aldı - VİDEO
Kateqoriya məlum deyil
T

Tennis üzrə ABŞ Açıq Çempionatında qalmaqallı hadisə baş verib. Polşalı iş adamı uşağın əlindən tennisçinin imzası olan papağı zorla alıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olsa da, sonradan xoşbəxt sonluqla nəticələnib.

 

Sfera.az xəbər verir ki, polşalı milyonçu Pyotr Şerek US Open matçından sonra gənc azarkeşin əlindən tennisçi Kamil Mayxşrak imzası olan papağı alıb.

 

Əsəbləşmiş oğlan etiraz etmək istədiyi anda kişinin papağı həyat yoldaşının çantasına qoyması kameralar tərəfindən qeydə alınıb.

 

Həmin axşam doqquzuncu sırada yer alan Karen Xaçanovu məğlub edən Mayxşrak hadisədən sonra baş verənləri tam anlamadığını bildirib:

 

“Açığı, qarışıqlıq idi. Matçdan sonra həm yorğun, həm də həyəcanlı idim. Düşünürəm ki, o da emosiyalarla hərəkət edirdi”, — deyə idmançı izah edib.

 

Mayxşrak biznesmenin kimliyini təsdiqləyərək onun Polşa Tennis Federasiyasının sponsoru olduğunu əlavə edib. Hadisədən sonra Şerek sosial şəbəkə hesablarını bağlayıb, polşalı istifadəçilər isə onu təhqiredici şərhlərlə “bombalayıblar”.

 

Buna baxmayaraq, Mayxşrakın sözlərinə görə, Şerek vəziyyəti düzəltməyə çalışıb və oğlanın ailəsi ilə əlaqə saxlayıb. Daha sonra tennisçi Brok adlı gənc fanatı taparaq ona yeni imzalı papaq və digər suvenirlər hədiyyə edib.

 

Mayxşrakın sosial şəbəkədə paylaşdığı videoda hədiyyəni qürurla əlində tutan xoşbəxt oğlan görünür. Tennisçi videonun altına belə yazıb:

 

“Bu gün isinmə hərəkətindən sonra gözəl görüş keçirdim”.


Sözügedən videonu təqdim edirik:

 

 

Xanım

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR