Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib
Kateqoriya məlum deyil
T

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

 

Sfera.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub. 

 

"Köhlən atlar" pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb. Bu da Azərbaycanın 26-cı pilləyə yüksəlməsinə səbəb olub.

 

25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.

 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (95.005) başçılıq edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR