Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında paylaşım edərək Ağdamın “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, dövlət başçısı paylaşımında belə yazıb:
“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”
Altay
Sfera.az