“Zirə”nin futbolçusu əməliyyat olundu

"Zirə"nin futbolçusu əməliyyat olundu
Kateqoriya məlum deyil
T

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. 

 

Bildirilib ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

 

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

 

Qeyd edək ki, Rövlan Muradov cari mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR