Güləşçimiz erməni rəqibinə qalib gəlib- Çempion oldu

Güləşçimiz erməni rəqibinə qalib gəlib- Çempion oldu
Kateqoriya məlum deyil
T

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 

 

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.

 

Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR