110 min dollar aliment ödəyəcək - Məhkəmə qərar verdi

“Qalatasaray”ın futbolçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasındakı aliment davası ilə bağlı məhkəmə qərar verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 10 il evli qaldıqdan sonra xəyanət səbəbilə ayrılan cütlük arasında aparılan məhkəmə prosesində Mauro İkardinin 110 min dollarlıq uşaq alimenti, eləcə də 3500 dollar faiz və məhkəmə xərclərini ödəməsinə hökm çıxarılıb.
Qərardan sonra Vanda Nara sosial şəbəkədə etdiyi paylaşımda İkardini öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. O, futbolçunun qızlarının hüquqlarını təmin etmədiyini, eyni zamanda şəxsi həyatına həddindən artıq müdaxilə etdiyini bildirib.
Nara paylaşımında bunları yazıb:
“Gecə-gündüz hekayələrimi izləyib nə etdiyimi öyrənməkdənsə, işləmək daha şərəflidir. Sən öhdəliklərini yerinə yetirmədiyin halda, mən hər şeyi çalışaraq ödəyirəm. Bəlkə qızlarının hüquqlarını yerinə yetirməyə başlasan, daha az işləməli olaram. Səyahətlərimlə maraqlanmaq əvəzinə öz övladlarının atası olmaqla məşğul ol”.
Bəsti Rəfizadə
Sfera.az






