“Qarabağ”ın rəqibi məğlub oldu -VİDEO

"Qarabağ"ın rəqibi məğlub oldu -VİDEO
Kateqoriya məlum deyil
T

 

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan çempionatında növbəti oyununu keçirib.

 

Sfera.az xəbər verir ki, Budapeşt təmsilçisi öz meydanında "Puşkaş Akademiyası" ilə qarşılaşıb.
 

4-cü tur çərçivəsində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. "Ferentsvaroş" 1:2 hesabı ilə uduzub. Bu, komandanın mövsümdəki ilk məğlubiyyəti olub.

 

Robbi Kinin yetirmələri dörd turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıblar.
 

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyunun avqustun 19-da Budapeştdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR