Salah Premyer Liqada növbəti uğura imza atdı

Salah Premyer Liqada növbəti uğura imza atdı
Kateqoriya məlum deyil
T

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah növnəti uğura imza atıb.

 

Sfera.az trend-ə istinadən xəbər verir ki, 33 yaşlı vinger Premyer Liqada ən çox qol vuran 4-cü futbolçu olub.

 

Salah mövsümün ilk turunun "Bornmut"la matçında (4:2) fərqlənib. Ulduz futbolçu İngiltərə çempionatında vurduğu qolların sayını 187-yə yüksəldib.

 

Təcrübəlli oyunçu İngiltərə çempionatının ən məhsuldar oyunçuları siyahısında 4-cü pilləyə qalxıb. Salah Endi Kola çatıb.

 

Qeyd edilib ki, Premyer Liqa tarixinin bombardiri 260 qolla Alan Şirerdir. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü yerdədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR