Bu gün Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək
Kateqoriya məlum deyil
T

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyunları davam edir. 

 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

 

Günün ilk qarşılaşmasında “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.

 

Digər qarşılaşmada isə “Neftçi” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkəcək. Bu qarşılaşmaya isə 20:00-da start veriləcək. 

 

Misli Premyer Liqası

 

1-ci dövrə, 1-ci tur

 

16 avqust (şənbə)

 

17:00. “İmişli” - “Turan Tovuz”


Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

 

20:00. “Neftçi” - “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”

 

17 avqust (bazar)

 

20:30. “Sumqayıt” – “Kəpəz”

19 avqust (çərşənbə axşamı)

 

20:00. “Zirə” – “Araz-Naxçıvan”

 

15 avqust (cümə)

 

“Karvan” - “Qəbələ” - 1:1

 

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR