Nazir Azərbaycan futbolunun vəziyyətindən danışdı

Nazir Azərbaycan futbolunun vəziyyətindən danışdı
Kateqoriya məlum deyil
T

"Bir azarkeş kimi deyə bilmərəm ki, milli komandamızın oyunundan məmnun qalırıq".

 

Sfera.az teleqraf-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ASAN TV-yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, Azərbaycan klublarının çıxışları sevindiricidir: "Klublarımız bizi sevindirirlər. Burada inkişaf var. Onları avrokuboklardakı son nailiyyətləri münasibətilə təbrik edirəm".

 

Nazir AFFA və klublarla bərabər futbolun inkişafı istiqamətində çalışdıqlarını əlavə edib: "Ümidlər var, hamımız bundan ötrü çalışırıq. İstəyirik ki, azarkeşlərimiz sevinsinlər. Çətinliklər varsa, o barədə danışmaq və həll yollarını axtarmaq lazımdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR