Ronaldo Corcina ilə evlənir - FOTO

Ronaldo Corcina ilə evlənir - FOTO
Kateqoriya məlum deyil
T

Portuqaliyalı futbolçu, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu və kapitanı 40 yaşlı Kriştiano Ronaldo nəhayət sevgilisi Corcina Rodriqesə evlilik təklif edib. Qeyd edək ki, Ronaldo və Corcina doqquz ildir birlikdədir.
 

Sfera.az bildirir ki, 31 yaşlı model planetin ən zəngin insanlarından biri olan Ceff Bezosun həyat yoldaşı Lauren Sançesin belə həsəd aparacağı nəhəng brilyant qaşlı nişan üzüyünü nümayiş etdirərək sevincli xəbəri “İnstaqram”da açıqlayıb.
 

Fotoda Corcinanın əli nişanlısının əlini örtür.
 

"Bəli, qəbul edirəm. İndi və bütün həyatım boyu "- başlıqda deyilir.
 

Qeyd edək ki, futbolçu Corcina ilə təsadüfən tanış olub. Bu, Madriddə “Gucci” mağazasına girərkən baş verib. Rodriqes həmin vaxt orada satış məsləhətçisi kimi çalışıb. Hər ikisi bunun ilk baxışdan sevgi olduğunu deyir.
 

Bir il sonra onların münasibətləri ictimailəşib. Cütlük ilk dəfə 2017-ci ilin yanvarında "Ən yaxşı FIFA Futbol Mükafatları" mərasimində ictimaiyyət qarşısına çıxıb və onların münasibəti ilə bağlı söz-söhbətlərə son qoyub.
 

Artıq həmin ilin noyabrında onların ilk övladı Alana Martina dünyaya gəlib. Corcina həm də sevgilisinin üç böyük uşağına ana rolunu üzərinə götürüb. Ronaldonun əvvəlki münasibətlərindən və surroqat ana vasitəsilə doğulmuş övladları var. 2017-ci ildə surroqat ana tərəfindən əkizlər dünyaya gəlib, ilk övladının dünyaya gəlməsi isə hələ də sirr olaraq qalır. Portuqaliyalı böyük oğlunun anasının kimliyini açıqlamır. Valideynlik hüquqlarından imtina etmək üçün qadına pul verdiyi barədə isə şayiələr dolaşır.
 

Ronaldonun İtaliyanın "Yuventus"una transferindən sonra Corcina sakitcə öz yolunu tutdu. Brend tədbirlərində iştirak etməkdən tutmuş ailə həyatına qədər o, futbolçu dünyasının ayrılmaz hissəsinə çevrildi.
 

2022-ci ilin aprelində sevgililər yeni doğulmuş əkizlərindən birinin öldüyünü bildirdilər. Qızları Bella Esmeralda sağ qalsa da, qardaşı Angel vəfat edib. Bu itki cütlüyün münasibətini daha da gücləndirib.
 

Corcina futbolçu üçün iki uşaq dünyaya gətirib və daha üç uşağa da analıq edir.
 

Ronaldonun 2023-cü ildə “Əl-Nasr” futbol klubuna transferindən sonra ailə Ər-Riyada köçərək şəxsi və peşəkar həyatlarında yeni səhifə açıb.
 

Rus supermodel İrina Şeykdən fərqli olaraq isə Ronaldonun anası oğlunun bu dəfəki seçimini bəyənir.

 

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR