“Bavariya”nın ulduzu Ronaldonun komanda yoldaşı olur

"Bavariya"nın ulduzu Ronaldonun komanda yoldaşı olur
Kateqoriya məlum deyil
T

Fransalı futbolçu Kinsli Koman “Bavariya”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olur.

 

Sfera.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.

 

“Əl-Nəsr” futbolçu üçün 36 milyon avro ödəyəcək. 28 yaşlı vinger Səudiyyə klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb və illik maaşı 22 milyon avro təşkil edəcək.

 

Koman 2015-ci ildən “Bavariya”da çıxış edib və klubla bir sıra titullar, o cümlədən Çempionlar Liqasını qazanıb.

 

2024/25 mövsümündə o, 41 oyunda iştirak edərək 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR