APL-də 2025/2026 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib

APL-də 2025/2026 mövsümünün ilk turunun <span style="color:#ff0000">oyun cədvəli müəyyənləşib</span>
Kateqoriya məlum deyil09.08.25, 09:4435 👁️
T

Misli Premyer Liqası 2025/26: I turun oyun cədvəli müəyyənləşib.

 

Sfera.az bildirir ki, Misli Premyer Liqasının 2025/26 mövsümündə I turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

15 avqust (cümə)

 

“Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00

 

16 avqust (şənbə)

 

“İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”
“Neftçi Arena”, 20:00

 

17 avqust (bazar)

 

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 18:30

“Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30

 

18 avqust (bazar ertəsi)

 

“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 20:00

 

Qeyd 1: Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq (tam versiya).

 

Qeyd 2: “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

 

Qeyd 3: “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq

PAYLAŞ
Sehliyali
Yüklənir...