UEFA: Azərbaycan Sloveniya və Ukraynaya yaxınlaşdı

Azərbaycan UEFA-nın reytinq cədvəlində mövqeyini daha da möhkəmləndirib.
Sfera.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada "Şkendiya" üzərində qazandığı 1:0 hesablı qələbədən sonra ölkə aktivinə daha 0,250 xal gəlib.
Nəticədə ümumi xal sayı 19.000-a çatıb.
Belə bir nəticədən sonra Azərbaycan yenə 28-ci pillədə qalsa da, tezliklə irəliləmək üçün əlverişli imkan qazanıb.
Bu, avqustun 7-də "Araz-Naxçıvan"ın Kipr "Omoniya"sına qarşı evdə, "Sabah" komandasının isə Bolqarıstan "Levski"sinə qarşı səfərdə keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarındakı nəticələrindən asılı olacaq.
Hazırkı mərhələdə qələbəyə 0,250 xal, heç-heçə 0,125 xal verilir.
Qeyd edək ki, 27-ci yerdə gedən Ukraynanın 19.225 xalı, 26-cı pilləni tutan Sloveniyanın 19, 593 xalı var. Ukrayna təmsilçisi "Dinamo Kiyev" avqustun 5-də Çempionlar Liqası matçında qəbul etdiyi Kipr "Pafos"una uduzub - 0:1.