Azərbaycanın II Liqasındakı komandaların sayı açıqlanıb

Azərbaycanın II Liqasındakı komandaların sayı açıqlanıb

Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

 

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/26 mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.

 

2025-2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

 

Məlumat üçün bildirək ki, II Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

 

Qeyd edək ki, II Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr tarixində başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Qadını geyiminə görə Parisdə gecə klublarına buraxmadılar

Amerika Birləşmiş Ştatlarından olan turist Leyni Taker Fransa paytaxtını gəzərkən seçdiyi ayaqqabılara görə Paris gecə klublarına buraxılmayıb.   Sfe...

İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir

İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətb...

Əlverişsiz hava şəraiti: Sabah bu insanlar diqqətli olsun!

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.   Sfera.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.   Bildirilib ki, Məktəbə...

İranın iddialarının heç bir əsası yoxdur - Azərbaycan XİN

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir...

Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA!

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tər...