İki cüdoçumuz qızıl medal qazandı

İki cüdoçumuz qızıl medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. 

 

Sfera.az xəbər verir ki, son yarış günündə daha 2 cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar. 

 

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib. 

 

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.


OXŞAR XƏBƏRLƏR