Emrelinin komandası uduzdu

İdman
18:38 / 03.08.2025
3283
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu Almaniya "Kayzerslautern"ində ilk rəsmi oyununa çıxıb.
Sfera.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın I turunda səfərdə "Hannover"lə keçirilən matça əsas heyətdə başlayıb.
O, qarşılaşmanın 65-ci dəqiqəsində Riçmond Taçi ilə əvəzlənib.
"Haynts-fon-Hayden-Arena"da təşkil olunan görüşdə meydan sahibi komanda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər təmsilçisi "Nürnberq"də keçirib.