"Qalatasaray" "Latsio" ilə üz-üzə

İdman
16:53 / 02.08.2025
1391
Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.
Sfera.az xəbər verir ki, görüş "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Ali Sami Yen İdman Kompleksi"ndə baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, oyun Türkiyənin "TV100" kanalında canlı yayımlanacaq.