Futbolda bu qaydalar dəyişdirildi


Futbolda bu qaydalar dəyişdirildi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bu dəyişikliklər həm oyunçuların davranışlarına, həm də hakimin qərar mexanizminə birbaşa təsir edəcək.

 

Məsələn, qapıçıların topa nəzarət müddəti ilə bağlı yeni limit tətbiq olunacaq. Belə ki, artıq qolkiperlər topu cərimə meydançasında əlləri ilə maksimum 8 saniyə saxlaya biləcəklər. Bu zamanın içərisinə topun havada saxlanması, yerə qoyulması və ya birəlli nəzarəti də daxildir. Qapıçının ayaqda və ya yerdə olmasının fərqi yoxdur - nəzarət anından etibarən sayım başlayacaq. Qayda ilk dəfə pozularsa, qarşı tərəfə künc zərbəsi veriləcək. İkinci dəfə eyni hal təkrarlanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntuda isə sarı vərəqə göstəriləcək. Zərbə qapıçının hansı künc bayrağına yaxın olmasından asılı olaraq həmin tərəfdən yerinə yetiriləcək.

 

Penaltilərlə bağlı da diqqətçəkən yenilik var. Əgər zərbə vuran oyunçu qeyri-ixtiyari olaraq topa ardıcıl iki dəfə toxunarsa - məsələn, ayağı sürüşüb və topa nəzarətsiz ikinci toxunuş olarsa - bu zaman qol hesab olunmayacaq. Lakin əvvəlki kimi cərimə zərbəsi ilə yox, penalti təkrar olunmaqla oyun davam edəcək. Bu dəyişiklik təsadüfi səhvlərə daha ədalətli yanaşmanı təmin etməyə yönəlib.

 

Hakim qərarlarına etiraz qaydalarında isə tamamilə yeni yanaşma tətbiq ediləcək. Belə ki, artıq meydanda yalnız komanda kapitanı hakimlə fikir mübadiləsi apara biləcək. Xüsusən də VAR-dan istifadə olunduğu epizodlarda digər oyunçular hakimi mühasirəyə alaraq etiraz etsələr, dərhal intizam cəzası ilə qarşılaşacaqlar. Əgər kapitan qapıçıdırsa və meydanın o başında dayanırsa, bu zaman başqa bir oyunçu əvvəlcədən hakimə bildirilərək kapitan kimi çıxış edəcək.

 

Oyun dayandırıldıqda topun kimə verilməsi qaydası da dəyişib. Əvvəllər bu vəziyyət topa son toxunan komandaya əsasən müəyyən edilirdisə, yeni qaydaya görə hakim topun nəzarətdə olduğu komandanı müəyyənləşdirə bilirsə, onu həmin tərəfə yönəldəcək. Bu dəyişiklik ədalətsiz görünən epizodların qarşısını almağa kömək edəcək.

 

Eyni şəkildə, texniki zonada baş verən təsadüfi topa toxunuşlar da fərqli qiymətləndiriləcək. Əgər ehtiyat oyunçu, əvəzlənmiş futbolçu və ya məşqçi meydanı tərk edən topa bilərəkdən yox, təsadüfən toxunarsa, artıq sarı vərəqə verilməyəcək və oyun dolayı cərimə zərbəsi ilə yox, sadəcə sərbəst şəkildə davam etdiriləcək.

 

Son olaraq, ofsayd qərarlarında da incəliklər artırılıb. Əgər qapıçı topu oyuna əli ilə qaytarırsa, bu zaman oyundankənar vəziyyəti müəyyənləşdirmək üçün topun qapıçının əlindən çıxdığı an - yəni son fiziki təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsaydların daha dəqiq və ədalətli müəyyən olunmasına xidmət edir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sabiq polis qəza törətdi, həbs olundu

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətini...

53 nəfərin diplomu saxta çıxdı – RƏSMİ

“2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfər tanınma üçün saxta diplom təqdim edib”.   Sfera.az xəbər verir k...

Prezident və birinci xanım Arif Babayevin vida mərasiminə əklil göndərdi – FOTO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndəriblər.   Sfera.az xəb...

Arif Babayevlə vida mərasimi keçirilir

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli bi...

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm"

Arif Babayev rəhmətə getdi! Gedən cismidir, sənəti tələbələri vasitəsilə yaşayır və ruhu Azərbaycan xalqı olduqca yaşayacaq. Ən çətin günlərimizdə Azərbaycan mə...