UEFA Çempionlar Liqasında "Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

İdman
23:58 / 30.07.2025
17055
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" komandasının rəqibi müəyyənləşib.
Sfera.az xəbər verir ki, "köhlən atlar" bu mərhələdə Şimali Makedoniya təmsilçisi "Şkendiya" klubu ilə qarşılaşacaqlar.
"Şkendiya" II təsnifat mərhələsində FCSB (Rumıniya) komandasını iki oyunun nəticəsinə görə üstələyib. Tərəflər arasında hər iki görüş "Şkendiya"nın qələbəsi ilə yekunlaşıb (1:0, 2:1).
Ağdam təmsilçisi isə "Şelburn"a (İrlandiya) hər iki oyunda qalib gələrək (3:0, 1:0) adını lll təsnifat mərhələsinə yazdırıb.