Logo

“Neftçi” Fransa klubunun müdafiəçisi ilə maraqlanır

"Neftçi" Fransa klubunun müdafiəçisi ilə maraqlanır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Neftçi”nin transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə əcnəbi müdafiəçi ilə heyətini gücləndirməyə hazırlaşır.

Belə ki, rəhbərlik Mali millisinin sağ cinah müdafiəçisi Falaye Sako ilə danışıq aparır. 30 yaşlı oyunçunun Fransa klubu ilə müqaviləsi olduğu üçün “Neftçi” onun keçidinə görə kompensasiya ödəməlidir. Futbolçunun hazırkı transfer dəyəri 1,3 milyon avrodur.

Qeyd edək ki, Falaye Sako karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR