“Qarabağ” – “Şelburn” matçının hakimləri AÇIQLANDI

İdman
19:22 / 21.07.2025
2682
UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Şelburn"arasında keçiriləcək cavab matçının təyinatları açıqlanıb.
Sfera.az xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andrea Kolombo olacaq.
Ona yan xətt hakimləri olan həmyerliləri Stefano Alassio və Dario Cekkoni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yeerinə yetirəcək. VAR Daniele Doveri, AVAR isə Daniele Paterna olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" qarşılaşması 30 iyul tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.