Avropa Liqasında "Qarabağ"ın potensial rəqiblərinin adı müəyyənləşdi

İdman
15:53 / 21.07.2025
1779
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib.
Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya klubu "Şelburn"a uduzarsa, Avropa Liqasında "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.