Futbol tarixinin ən güclü oyunçusu müəyyənləşdi

İngiltərənin nüfuzlu "Sky Sports" nəşri futbol tarixinin ən güclü oyunçusunu müəyyənləşdirmək üçün böyük miqyaslı sorğu keçirib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermədə yarım milyona yaxın respondent iştirak edib.
Nəticələrə əsasən, birinci yeri ümumi səslərin 36 faizini toplayan Portuqaliya millisinin hücumçusu, hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo tutub.
İkinci pillədə isə cəmi 1 faiz fərqlə (35%) argentinalı ulduz, hazırda "İnter Mayami" klubunda çıxış edən Lionel Messi qərarlaşıb.
Üçüncü yeri Messinin əfsanəvi həmyerlisi və futbol tarixinə adını qızıl hərflərlə yazdırmış Dieqo Maradona, dördüncü yeri isə üçqat dünya çempionu olan braziliyalı əfsanəvi futbolçu Pele tutub.
Qeyd edək ki, Maradona 2020-ci ildə, Pele isə 2022-ci ildə vəfat edib.