"Qalatasaray" Osimhenə görə böyük məbləğ ödəyəcək

İdman
19:09 / 19.07.2025
2013
İtaliyanın "Napoli" klubu ilə "Qalatasaray" Viktor Osimhenin 75 milyon avroluq transfer qiyməti barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbə iddia edir ki, İstanbul nəhəngi transfer üçün ilkin olaraq 40 milyon avro, gələn yay isə 35 milyon ödəyəcəyinə zəmanət verib.
Eyni zamanda, oyunçunun müqaviləsinə diqqətçəkən bir şərt də əlavə edilib. Belə ki, Viktor Osimhen növbəti iki il ərzində İtaliya çempionatına qayıda bilməz.
Qeyd olunur ki, hazırda transferin son şərtləri razılaşdırılır.