Azərbaycanın Paralimpiya Oyunlarındakı bayraqdarları bəlli oldu

Kateqoriya məlum deyil
T
Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Sfera.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, paratekvando üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva Azərbaycan bayrağını daşıyacaqlar.
Qeyd edək ki, açılış mərasimi iyulun 24-də, Cebeci İdman Kompleksində keçiriləcək.






