Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

İdman
15:42 / 18.07.2025
2734
Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər FIFA referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.
Oyun iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.