"Fənərbağça"nın yeni transferi Mourinyonu özündən çıxardı


"Fənərbağça"nın yeni transferi Mourinyonu özündən çıxardı

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyo ilə yeni transfer Con Duran arasında gərginlik yaşandığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, klubun əlaqələr üzrə meneceri Alper Yemeniciler yayılan şayiələri qəti şəkildə təkzib edib. O, xarici mətbuatda Mourinyoya istinadən yayılan sitatların tamamilə uydurma olduğunu bildirib:

 

"Menecerimiz Joze Mourinyo Con Duranla bağlı heç bir açıqlama verməyib. Xarici mətbuatda ona aid edilən sözlər doğru deyil. Futbolçumuz bu axşam Portuqaliyaya - komandamızın Alqarvedəki təlim-məşq toplanışına qoşulmaq üçün gəlib."

 

Xatırladaq ki, Portuqaliyada təşkil olunan təlim-məşq toplanışında Con Duranın bir müddət komandadan uzaq qalması sosial şəbəkələrdə və mətbuatda müxtəlif şayiələrə səbəb olmuşdu. Bəzi iddialarda Mourinyo futbolçunun davranışını "hörmətsizlik" kimi dəyərləndirmiş, "qaydaları pozanlar nəticəsinə qatlanacaq" şəklində açıqlama verdiyi iddia olunmuşdu.


OXŞAR XƏBƏRLƏR