“Qarabağ”ın anlaşdığı futbolçu Bakıya gəldi

İdman
13:03 / 17.07.2025
3342
Ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının ilk oyunu öncəsi növbəti transferini reallaşdırmaq istəyir.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi uzun müddət danışıq apardığı legionerlə razılaşa bilib.
Söhbət Xorvatiyanın “Dinamo” Zaqreb klubunun müdafiəçisi Sami Mmayedən gedir. Futbolçu ilə ilkin danışıqlar uğursuz alınsa da, sonradan “Qarabağ”ın israrı ilə futbolçunu razı salmaq mümkün olub. Üstəlik, Azərbaycan çempionu “Dinamo” ilə transfer haqqını da razılaşdırıb. Artıq futbolçu Bakıdadır və onunla rəsmi müqavilənin imzalanması gözlənilir.