Xanım boksçumuz erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu

Xanım boksçumuz erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu

Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.

 

Sfera.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.

 

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.

 

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

 

Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

 

Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill  Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

 

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır

Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır. &nbs...

İsrail Suriya paytaxtına güclü zərbələr endirib - VİDEO

İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib.   Sfera.az  Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ...

Bakıda qadın güllələyən şəxs özəl klinikanın direktoru imiş

Yasamalda həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-...

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun məşhur hücumçusu Kriştiano Ronaldo yeni baş məşqçi Jorje Jezuşdan yeni mövsümün yalnız seçilmiş oyunlarında ...

Bakıdakı güllələnmə faktına görə cinayət işi açıldı

İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokuror...

Qurbanqulu Berdiməhəmmədov Milli Məclisdə – FOTO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti İyulun 16-da Milli Məclisdə olub.   Milli Məclisin M...