"Traktor" xorvatiyalı oyunçunu transfer etdi

İdman
18:00 / 12.07.2025
2907
İran çempionatının son qalibi "Traktor" klubu xorvatiyalı futbolçu transfer edib.
Sfera.az Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçi, müdafiədə də oynamaq bacarığına sahibdir.
Qeyd edək ki, "Dinamo"nun (Zaqreb) yetirməsi olan T.Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Poloşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.