“Qarabağ” 4 qol vurub məğlub oldu


“Qarabağ” 4 qol vurub məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.

 

Sfera.az  xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gəlib.

 

Qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə bitib – 4:5. “Qarabağ”ın heyətində Nəriman Axundzadə dubl edib, digər qolları Aleksey Kaşukla Emmanuel Addai vurublar.

 

Xatırladaq ki, Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə”ni 4 cavabsız qolla üstələmişdi.

 

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

 


OXŞAR XƏBƏRLƏR