Logo

"Qarabağ" "Metallist"lə üz-üzə gələcək

"Qarabağ" "Metallist"lə üz-üzə gələcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR