“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

İdman
13:02 / 02.07.2025
3635
“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.
“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.
28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.