"Fənərbaxça" dünya ulduzu ilə anlaşdı

"Fənərbaxça" dünya ulduzu ilə anlaşdı

"Fənərbaxça" dünyaca məşhur ulduzun transferini yekunlaşdırmaq üzrədir.

 

Sfera.az xəbər verir ki, "Fənərbaxça" Con Duranın icarəyə götürülməsi üçün “Əl-Nəssr”lə razılıq əldə edib. Ulduz futbolçu təklifi geri çevirməyib. "Fənərbaxça"nın idman direktoru Devin Özek hücumçunun tətil etdiyi Kolumbiyaya yollanıb. Futbolçu istəklərini irəli sürüb. Rəhbərlik də onları qəbul edib. Devin Özek Con Durana yaşaması planlaşdırılan İstanbuldakı evin videosunu göstərib.

 

Uyğunlaşa bilmədiyi üçün Səudiyyə Ərəbistanından ayrılmaq qərarına gələn gənc hücumçunun İstanbuldakı həyat şəraitindən razı qaldığı irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR