Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

İdman
18:15 / 29.06.2025
4843
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.
Sfera.az xəbər verir ki, "Lex" cinah müdafiəçisi ilə ciddi maraqlanır. Hətta klubun oyunçu üçün Azərbaycan çempionuna təklif göndərəcəyi də gözlənilir. "Qarabağ" isə bu keçid alınacağı təqdirdə ən azı 1 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Toral Bayramov 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinir.