Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Azərbaycan güləşçisi Türkiyədə çempion olub
Kateqoriya məlum deyil
T

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

 

Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

 

Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

 

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR