Premyer Liqada yeniliklərolacaq

İdman
20:14 / 27.06.2025
3175
İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.
Sfera.az xəbər verir ki, yeni mövsümdə "Sky Sports" və "TNT Sports" kanallarında yayımlanacaq Premyer Liqa matçlarında bu və digər yeniliklər tətbiq olunacaq.
Bundan əlavə, qolların qeyd olunması zamanı yaxından çəkiliş aparmaq üçün operatorlara meydana çıxmağa icazə veriləcək.
Üstəlik, operatorlar komandaların paltardəyişmə otaqlarına da daxil ola biləcəklər, lakin bəzi məhdudiyyətlər olacaq – məsələn, baş məşqçinin komanda qarşısında çıxışı zamanı çəkiliş aparmaq qadağandır.