Ukrayna - Azərbaycan oyunu bu ölkədə keçiriləcək

İdman
15:58 / 19.06.2025
2508
Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə səfər oyununun məkanı müəyyənləşib.
Sfera.az xəbər verir ki, oyun Polşanın Vroslav şəhərindəki "Tarşinski Arena"da keçiriləcək. Görüş oktyabrın 13-ü, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Ukraynadakı müharibə ilə əlaqədar sözügedən yığma komanda rəqiblərini başqa ölkələrdə qəbul edir.
Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.