“Neftçi” daha iki futbolçu ilə yollarını AYIRDI

İdman
15:52 / 04.06.2025
4788
“Neftçi” daha iki futbolçu ilə yolları ayırıb.
Sfera.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, almaniyalı müdafiəçi Robert Bauer və portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki futbolçu 2024-cü ilin yay transfer pəncərəsində transfer olunmuşdu. Onlardan Bauerlə 2, Quzzo 3 illik müqavilə imzalamışdı.
Qeyd edək ki, “Neftçi” daha öncə 7 futbolçusu ilə də vidalaşıb.