Benzia və Veşoviç “Qarabağ”dan gedir?

Benzia və Veşoviç “Qarabağ”dan gedir?

“Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yolları ayıracağı gözlənilir.

 

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə razılığa gələ bilmir. 

 

Maraqlısı isə budur ki, Benzia ötən gün instaqram hesabında vidaya bənzər paylaşım edib. 

 

Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda “hər şey üçün təşəkkürlər” sözlərini qeyd edib. 
Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürlərini bildirib. 

 

Görünən odur ki, futbolçu artıq “Qarabağ”dan gedir. 

 

“Qarabağ”ın daha bir futbolçu ilə yollarını ayrılacağı gözlənilir. Bu isə monteneqrolu müdafiəçi Marko Veşoviçdir. O da karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir.

 

Böyük ehtimalla “Qarabağ” bugünlərdə hər iki futbolçu ilə ayrılığı rəsmi şəkildə açıqlayacaq.

 


OXŞAR XƏBƏRLƏR