Türkiyə millisində ciddi İTKİLƏR

İdman
09:12 / 03.06.2025
3181
Türkiyə millisi ciddi itkilərlə üzləşib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"da forma geyinən Uğurcan Çakır, "İnter"li Hakan Çalhanoğlu və "Beşiktaş"ın hücumçusu Mustafa Hekimoğlu heyətdən çıxarılmaq məcburiyyətində qalıblar.
Futbolçu zədələrinə görə risk edilmək istənilməyib
Baş məşqçi Vinçenso Montella "Qalatasaray"ın yarımmüdafiəçisi Ahmed Kutucunu heyətə daxil edib.
Qeyd edək ki, Türkiyə millisi ABŞ-də toplanış keçəcək. "Ay-ulduzlular" burada ABŞ millisi ilə, daha sonra Meksika ilə yoxlama oyununda üz-üzə gələcək.