Qurban Qurbanov: "Futbolçularımız finalda yaxşı oynadılar"

İdman
22:12 / 31.05.2025
6831
"Qarabağ"ın futbolçuları Azərbaycan Kubokunun finalında yaxşı oyun keçiriblər.
Sfera.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Sabah"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibi təbrik edirəm. Avrokuboklara onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi".
O, belə qarşılaşmaların hakimlər üçün asan olmadığını vurğulayıb: "Onu qeyd edə bilərəm ki, hakim oyunu ağıllı idarə etdi".