"Sabah" "Qarabağ"a qalib gəldi, kuboka sahib çıxdı - YENİLƏNDİ

Azərbaycan Kubokunun finalında "Qarabağ" – "Sabah" komandaları üz-üzə gəlir.
Sfera.az xəbər verir ki, komandalar qarşılaşmaya aşağıdakı tərkibdə çıxıblar:
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.
***
Şafranko görüşün 36-cı dəqiqəsində penalti zərbəsi ilə "Sabah"ı hesabda önə keçirdi: 0-1.
***
Toral Bayramov 43-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.
***
Kadi Borqes ilk hissənin son dəqiqələrində hesabda tarazlıq yaratdı: 1-1.
***
Koxalski Şafrankonun 57-ci dəqiqədə penalti zərbəsini dəf etdi.
***
İrasabal 68-ci dəqiqədə avtoqol müəllifi oldu: 2-1.
***
Parris 96-cı dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.
***
Görüşün əsas vaxtı 2-2 hesabı ilə yekunlaşdı. Əlavə vaxt oynanılır.
***
Tellur Mütəllimov 120-ci dəqiqədə "Sabah"ı yenidən önə çıxartdı: 2-3.
***
Qarşılaşma 3-2 hesabı ilə "Sabah"ın xeyrinə başa çatdı. Bununla "Sabah" Azərbaycan Kubokunun qalibi oldu və Avropa Liqasında mübarizə aparacaq.