“Qarabağ”ın istədiyi futbolçuya 1 milyonluq TƏKLİF

“Qarabağ”ın istədiyi futbolçuya 1 milyonluq TƏKLİF

“Qarabağ"ın xidmətində maraqlı olduğu "Legiya"nın ispaniyalı hücumçusu Mark Quala daha bir təklif gəlib.

 

Sfera.az “Gol24”ə istinadən xəbər verir ki, ABŞ-ın “Real Solt Leyk” klubu “Sevilya”nın keçmiş futbolçusunu öz sıralarında görmək istəyir.

 

Amerikalılar hücumçu üçün 1-1,5 milyon dollar ödəməyə hazırdır.


Xatırladaq ki, daha əvvəl Polşada "Qarabağ"ın 29 yaşlı ispan üçün təklif hazırladığı, Varşava klubunun isə öz növbəsində futbolçu üçün 500 min avro tələb etdiyi barədə məlumat yayılmışdı. Qual bu mövsüm 47 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


OXŞAR XƏBƏRLƏR