AFFA “Zirə” və “Şamaxı”nı cərimələdi

İdman
13:25 / 21.05.2025
3530
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sfera.az xəbər verir ki, iclasda Premyer Liqanın 35-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.
“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.