Arda Gülərin ŞOK MƏBLƏĞƏ aldığı 5 mərtəbəli villa - FOTO

Arda Gülərin ŞOK MƏBLƏĞƏ aldığı 5 mərtəbəli villa - FOTO

İspaniyanın “Real Madrid” klubunda çıxış edən türkiyəli futbolçu Arda Gülər, həm futbol bacarığı, həm də şəxsi həyatı ilə gündəmdən düşmür. Gənc futbolçu bu dəfə İstanbulun elit yaşayış komplekslərindən biri olan "Beykoz Acarkent"dən aldığı 3 milyon dollar (təxminən 116 milyon 579 min TL) dəyərindəki lüks villası ilə diqqətləri üzərinə çəkib.

 

Sfera.az “tgrthaber.com” saytına istinadən xəbər verir ki, cəmi 20 yaşında olmasına baxmayaraq ciddi maliyyə yatırımları edən Arda Gülər 5 mərtəbəli villanı satın alıb. Villanın sahəsi 1000 kvadratmetrdir.


Futbolçunun aldığı bu mülk, təkcə qiyməti ilə deyil, planlaşdırılan təmiri ilə də səs salıb. Belə ki, Arda Gülər villanı öz zövqünə uyğun şəkildə yenidən təmir etdirmək üçün əlavə olaraq 2 milyon dollar (təxminən 77 milyon 720 min TL) ayırıb. Bildirilir ki, təmir işləri futbolçunun ailəsi və sevgilisi Duru Naymanın zövqü əsasında aparılacaq.

 

Transfer ehtimalı gündəmdə
 

Arda Gülərin bu qədər yüksək məbləğli şəxsi yatırımı, onun klubdakı gələcəyi ilə bağlı bəzi sualları da gündəmə gətirib. Mətbuatda yayılan iddialara görə, “Real Madrid” bu tip maliyyə yükünü qarşılamaq üçün gənc futbolçularının bəzilərini satışa çıxara bilər. Satışa çıxarılması mümkün olan oyunçular arasında Arda Gülər, Rodrygo və gənc ulduz Endrickin adları hallanır.


Beləliklə, Arda Gülərin həm idman karyerası, həm də şəxsi həyatı yenidən medianın və ictimaiyyətin diqqət mərkəzindədir.








OXŞAR XƏBƏRLƏR

"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyy...

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.   Sfera.az xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.   Həmi...

İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudov...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  ...

Azərbaycanda film kimi OĞURLUQ: 10 kiloqram qızılı belə gizlətmək istədilər

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasə...